|
"Ana olduqdan sonra daha çox gözəlləşmisən"

7 ay əvvəl ana olan rusiyalı model İrina Şeyk İnstaqram hesabında yeni foto paylaşıb.

31 yaşlı model ideal bədən quruluşu ilə diqqət çəkib. 
İdman üslubunda geyinən İrinanın fotosunun altına “Ana olduqdan sonra daha çox gözəlləşmisən” kimi şərhlər yazılıb.
Qeyd edək ki, Şeykin 7 aylıq Lei adlı qızı britaniyalı aktyor Bredli Kuperlə münasibətindən dünyaya gəlib.