|
İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Elə bu gün Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.