|
Moskvanın mərkəzində ermənini güllələdilər

Moskvanın mərkəzində naməlum şəxslər bir nəfərə atəş açıblar.

Trend-in məlumatına görə, güllələnən şəxs 44 yaşlı erməni olub. O, səhər saatlarında avtomobilindən enərkən silahlı hücuma məruz qalıb.

Qətlin sifarişə bənzədiyi bildirilir.

Polis araşdırma aparır.