|
Banqladeşdə rohincaların qayığı batdı -

Banqladeşdə Myanmadan gələn rohinca qaçqınlarının olduğu qayığın batması nəticəsində azı 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, qəzaya uğrayan qayıqda 50-60 qaçqının olduğu bildirilir.

Hazırda 15 nəfər xilas edilib.

30 nəfərə yaxın adamın itkin düşdüyü barədə məlumat verilir.