|
Somalidə terror qurbanlarının sayı 300-ə yaxınlaşır

Ötən gün Somalinin paytaxtı Moqadişoda törədilən terror aktında ölənlərin sayı 276 nəfərə çatıb.

Bu barədə ölkənin informasiya naziri Abdürəhman Osman deyib.

 

Hadisə şənbə günü Moqadişonun əsas küçələrindən birində baş verib. Bomba yüklü 2 yük maşının partladılması nəticəsində azı 300 nəfər yaralanıb.

 

Hadisənin “Əl Qaidə”yə sədaqət andı içən “Əş-Şabab”  qruplaşması tərəfindən törədildiyi bildirilir.