|
Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi artıb

Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

 

O qeyd edib ki, cari ilin 8 ayında ABŞ ilə əmtəə dövriyyəsi 416 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisini 7 faiz üstələyir.

 

Nazir müavini bildirib ki, bu göstərici mümkün potensiala tam uyğun gəlmir.

 Cia.az