"Öz adımdan onu deyə bilərəm ki, heç vaxt qruplaşmada iştirak etməmişəm, etmərəm də".
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu İqnasio Herrera komandada qruplaşma olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, ümumiyyətlə, "Neftçi"yə gəldiyi vaxtdan bu komandada yerlilərlə legionerlər arasında qruplaşma görməyib: "Məsələn, mən ispan dilində danışdığım üçün daha çox anlaşa bildiyim futbolçu ilə ünsiyyətdə oluram, onunla oturub-dururam. Bu isə qruplaşma deyil"
