|
50 yaşlı kişi faciəvi şəkildə öldü

Oğuzda 50 yaşlı kişi şabalıd ağacından yıxılaraq ölüb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-də rayonun Xaçmaz kəndində 1967-ci il təvəllüdlü Yaşar Məmməd oğlu Seyidməmmədov həmkəndlisinə məxsus şabalıd ağacından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.