|
Bakıda gənc oğlanı bıçaqladılar

Bakının Xətai rayonunda gənc oğlan bıçaqlanıb.

“Report” xəbər verir ki, 1988-ci il təvəllüdlü Əhmədov İsmayıl Səbuhi oğlu Bağırov küçəsi, 25 ünvanında tanımadığı şəxslə mübahisə edib.

Nəticədə o, iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xatai Rayon Polis İdarəsində araşdırma aparılır.