|
Bu gün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq

Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. 
Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə baş tutacaq. 
Prezidentlər İlham Əliyev və Serj Sarqsyan həmsdrlərin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

 cia.az