“Bavariya”nın sentyabr ayındakı ən yaxşı oyunçusunun adı məlum olub.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu, Yoşua Kimmixdir. 22 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş sorğuda qalib olub. O, səslərin 19,5 faizini toplayıb.
İkinci yeri Rovert Levandovski (16,9%), üçüncü yeri isə Xames Rodriges (9,0%) tutub.
Qeyd edək ki, Kimmix ötən ay Münhen klubunun heyətində 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb
