ABŞ-ın “Orlando Siti” klubunun futbolçusu Kaka mövsümün sonunda komandasından ayrılacaq.
Bu barədə braziliyalı yarımmüdafiəçi özü açıqlama verib.
“Orlando Siti” ilə müqaviləni yeniləməyəcəyim dəqiqdir. Sonra nə olacaq, bunu bilmirəm. Komandadan ayrılmağım fiziki durumumla bağlı deyil” – deyə o bildirib.
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb
