Bu gün günorta saatlarında Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu özünü həyətlərindəki tövlədə asaraq intihar edib. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
