|
Mustafa xanımının hamiləliyindən danışdı

Müğənni Mustafa Ceceli həyat yoldaşı Selin İmerin hamilə olması xəbərinə aydınlıq gətirib.
Bu barədə ifaçı İnstaqram hesabında status yerləşdirib:
“Dəyərli, dostlar. Xanımım və mən hələ ki, uşaq haqda düşünmürük. Mediada çıxan bu və buna bənzər xəbərlərin hamısı əsassızdır”.
Qeyd edək ki, son zamanlar Selinin kökəlməsi və Mustafanın 5 min lirəyə filippinli dayə tutması İmerin hamilə olması dedi-qodularına gətirib çıxarıb. Bəzi mənbələr, hətta, onun 4-5 həftəlik hamilə olmasını qeyd edib.
Xatırladaq ki, mayda 9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan Cecelinin bir oğlu var