|
Kukla Teatrına yeni direktor təyin olundu

Gəncə Dövlət Kukla Teatrına yeni direktor təyin olunub.
Teatrda aktrisa kimi fəaliyyət göstərən Mahirə Haqverdiyeva teatrın direktoru vəzifəsinə təyin olunub. 
Məlumata görə, 1978-ci ildə anadan olan Mahirə Haqverdiyeva 1997-ci ildən teatrda aktrisa vəzifəsində çalışıb.
 
Qeyd edək ki, teatrın əvvəlki direktoru Bayram Fətəliyev bir müddət əvvəl dünyasını dəyişib