|
İtaliya Konstitusiya Məhkəməsi TAP-ın bu ölkədə tikintisinə icazə verdi

İtaliyanın Konstitusiya Məhkəməsi Transadriatik boru kəmərinin (TAP) Apuliya vilayətində tikintisinə icazə verib.

Trend-in məlumatına görə, məhkəmə orqanı tikintinin başlamasına qarşı vilayət administrasiyasının irəli sürdüyü şikayətin təmin olunmayacağını bəyan edib.

Bu qərarla TAP boru kəmərinin tikintisi əsaslandırılıb.