|
“Commerzbank”ın Azərbaycandakı yeni nümayəndəsi təyin olunub

Yevgeni Yepifanov “Commerzbank”ın (Almaniya) Azərbaycandakı nümayəndəliyinin sədri təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Y.Yepifanov özü Bakıda Azərbaycan-Almaniya biznes forumu zamanı məlumat verib.

O, oktyabr ayından vəzifəsinin icrasına başladığını bildirib.