|
Madrid Kataloniya rəhbərinin bəyanatının yolverilməz hesab edir

İspaniya hökuməti Kataloniya rəhbəri Karles Puçdemonun bölgənin müstəqilliyinə dair bəyanatını yolverilməz hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Efe” agentliyi məlumat yayıb.

“Müstəqilliyin üstüörtülü elan edilməsi, daha sonra isə açıq-aşkar dayandırılması yolverilməzdir”, - deyə hökumətdəki mənbə bildirib. 

Hökumət nümayəndəsi Kataloniya rəhbərinin bəyanatının qanunsuz olduğunu, onun əsaslandığı referendum haqqında qanunun isə İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salındığını xatırladıb.