|
Qusarda 17 yaşlı qız özünü qayadan ataraq intihar edib

Qusarda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.