|
Bakıda kütləvi dava:

Bakıda kütləvi dava-dalaş olub.  Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. Bu zaman 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların ikisi də 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.

 

Əməliyyat-axtarış tədbirləri davam etdirilir