|
“Qarabağ”ın futbolçusu Yaponiyaya qarşı oynadı

“Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi Yaponiya ilə yoldaşlıq oyunu keçirib.

Qol.az-ın məlumatına görə, görüş 3:3 hesablı bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Gerye matçın 86-cı dəqiqəsində əvəzlənib. O, komandasının ilk qolunun ötürməsini edib.

Qeyd edək ki, Gerye bu yay "Qarabağ"a transfer olunub