|
“Barselona” La Liqanı tərk etməyəcək

Kataloniyadakı referendumdan sonra yayılan söz-söhbətlərə baxmayaraq, “Barselona” rəhbərliyi İspaniya La Liqasını tərk etməyəcək. 
“Barselona” Kataloniya Futbol Federasiyasının üzvüdür. Bu təşkilat isə İspaniya Krallığının Futbol Federasiyasından ayrılmağı düşünmür. 
Bu isə o deməkdir ki, Kataloniya rəsmən müstəliq dövlət elan olunsa belə, “Barselona” La Liqadakı çıxışını davam etdirəcək. 
Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada referendum keçirilib. Referendumda iştirak edənlərin 90 faizindən artığı müstəqilliyin lehinə səs verib