Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup mərhələsinə yekun vurulub.
Son oyun günündə A, B və H qrupunda mübarizə aparan komandalar meydana çıxıb.
A qrupunda Fransa Belarusu qəbul edib. Didye Deşamın komandası evdə qalib gəlməklə, qrup lideri kimi mundiala vəsiqə qazanıb.
B qrupunun lideri səfərdə İsveçrə səfərdə Portuqaliyaya uduzub. Bununla da mundiala birbaşa vəsiqə Ronaldonun komandasına qismət olub.
H qrupunda Belçikanın DÇ-2018-ə vəsiqə qazanması əvvəldən məlum idi. İkinci yer uğrunda isə Yunanıstanla Bosniya və Hersoqovina arasında mübarizə gedirdi. Yunanlar Cəbəllütariqi məğlub etməklə qrupu ikinci pillədə başa vurub
