|
TANAP boru kəmərinin tikintisi zamanı qədim qəbirlər aşkar edilib

Türkiyənin qərbindəki Kütahya vilayətində Transanadolu boru kəmərinin (TANAP) tikintisi zamanı tarixi tapıntılar, o cümlədən Qədim Roma dövrünə aid qəbirlər aşkar edilib.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq bölgədə tədqiqatlar məqsədilə arxeoloji qazıntılar başlayıb.

Bundan başqa, qeyd olunur ki, tapıntıların aşkar edilməsi TANAP layihəsinin işinə təsir göstərməyib.