|
Suriyada Rusiya qırıcısı qəzaya uğrayıb - heyət həlak olub

Suriyada Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus “Su-24” təyyarəsi havaya qalxan zaman qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində təyyarə heyəti katapult edə bilməyib və həlak olub.

Qəza Hmeymim aviabazasında baş verib. İlkin məlumatlara görə, qəzaya təyyarədəki texniki qüsurlar səbəb olub.