Milli komandamız bir qədər sonra DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə səfər oyununa çıxacaq.
Qol.az-ın Almaniyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yığmamızın sabiq baş məşqçisi Berti Foqts da oyunu izləmək üçün stadiona gəlib.
Xatırladaq ki, almaniyalı mütəxəssis 2008-2014-cü illərdə millimizi çalışdırıb
