|
İbrahim Tatlısesdən iki şad xəbər

Müğənni İbrahim Tatlıses son paylaşımı ilə sevənlərinə iki şad xəbər verib.
Son zamanlar görünüşü ilə hər kəsi kədərləndirən ifaçı Hakan Taşıyanla fotosunu İnstaqram səhifəsində yerləşdirən İbrahim yazıb:

“Bu gün İzmirdə Hakanı kababa qonaq etdim. Mənə söz verdi ki, əvvəlki vəziyyətinə geri dönəcək və yeni mahnıları ilə sevənlərini sevindirəcək. Ona güvənirəm. Yenə “İbo show” hazırlayacağıq.Gözəl günlərdə görüşmək ümidi ilə...”.

Qeyd edək ki, arabesk janrının mahir ifaçısı Hakan Taşıyanın son halı görənləri dəhşətə gətirmişdi

Bu yaxınlarda alkoqol asılılığından müalicə olunan və xeyli arıqlayan ifaçının baxımsızlığı və qocalması sevənlərinin kədərinə səbəb olub.