|
Xızıda ağır yol qəzası:

Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cia.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.

Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.