|
Həmsədrlər Sarkisyanla Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə etdi

Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə Modern.az Ermənistan KİV-nə istinadən bildirir.  

Məlumatda qeyd olunub ki, görüşdə  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanları müzakirə edilib.