Türkiyədə yaxın günlərdə nümayişə başlayacaq "Maral: Ən gözəl hekayəm" serialının heyətinə daha iki məşhur qatılıb.
Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, aktyorlar Ceyda Düvenci və Reha Özcan da serialda iştirak edəcəklər.
Baş rollarını Hazal Kaya və Aras Bulut İynemlinin oynadığı, ssenarisini isə "Ezel" və "Suskunlar"ın müəllifi Pınar Bulut Derenin yazdığı "Maral" TV8-də yayımlanacaq.
