|
Ukrayna parlamentində kütləvi dava

Ukrayna Ali Radasında Donbas barədə qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında dava düşüb.

Virtualaz.org-un məlumatına görə, davanın videosunu bu gün “Obozrevatel” portalı yayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bəyan edib ki, bəzi deputatlar qanun layihəsinin müzakirəsinə mane olmaq istəyirlər: “Hazırda parlamentdə bəzi deputatlar Rusiyanın təcavüzkar kimi tanınması barədə qanunun qəbul edilməsinə mane olmağa çalışırlar”.

Bu sözlərdən sonra parlament üzvləri Turçinovun əlindən mikrofonu alaraq sındırıblar