|
"Məyusam" -

Oyunu gördünüz də? Uduzmaq heç vaxt sevindirici ola bilməz. Ona görə məyusam".

Cia.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduğu görüşdən sonra deyib.

O bildirib ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin vəzifəsində qalıb-qalmayacağı ilə bağlı cari mərhələ başa çatdıqdan sonra qərar veriləcək.

R.Abdullayev "Rəşad Sadıqovun gedişindən sonra onu əvəzləyə bilən biri olacaqmı" sualına belə cavab verib: "Həyat davam edir"