Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın avtomobilinə həbs qoyulub.

Axşam.az xəbər verir ki, aktrisa Publika.az-a açıqlama verərək yayılan məlumatların yalan olduğunu söyləyib: 

“Avtomobilimə həbs qoyulmayıb. Cərimələr də protokol şəklində telefonuma gəlir. Yalan söhbətdir. Özlərindən gündə bir şey çıxarmasınlar. Müsahibə vermirəm deyə, indi də maşına keçiblər”.

Qeyd edək ki, yayılan məlumatda onun “Porche” markalı avtomobilinin hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanıldığı, avtomobilin evakutor vasitəsilə cərimə meydançasına yerləşdirildiyi xəbəri yayılıb.

Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov Yenicag.az-a açıqlamasında faktın araşdırıldığını bildirib:

“Nura Surini tanıyırdım, amma bu Pərvin deyilən qızı tanımıram. Telefon nömrəsi də yoxdur ki, zəng edib, özü ilə məsələni dəqiqləşdirim. Amma fakt araşdırılır. Yol hərəkəti haqqında qanuna əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Bu şəxs müğənni, aktrisa da ola bilər, sıravi vətəndaş da. Əgər Pərvin Abıyeva da qaydanı pozubsa, cəriməsini ödəyəcək”.