|
Saray bağlarında dəhşətli hadisə:

Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb. Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmud oğlu özünü yaşadığı evin 1-ci mərtəbəsində asaraq intihar edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.