|
Abşeronda 53 yaşlı kişi intihar etdi

Abşeronda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Saray bağlarında qeydə alınıb. Orada yaşayan 1964-cü il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.