|
Cazibədar rəqsdən sonra məlahətli səs

Özünü müxtəlif sahələrdə sınamağı xoşlayan aktrisa Hande Erçel bu dəfə mahnı oxuyub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande yeni çəkildiyi “Siyah inci” serialında səsi ilə hamını məst edib.

Ekran işinin ikinci bölümünün anonsunda səsləndirdiyi mahnı ilə aktrisa daha bir bacarığını nümayiş etdirib. Onun məlahətli səsə sahib olduğu vurğulanıb.

Qeyd edək ki, gənc aktrisa bu yaxınlarda şampun markalarından birinin reklamında rəqsetmə qabiliyyətini göstərib. Onun cazibədar rəqsi heyranlıqla qarşılanıb