Aktrisa Keyt Uinslet və müğənni Castin Timberleykin çəkildiyi yeni filmin ilk treyleri yayımlanıb.
Cütlüyün çəkildiyi filmin adı “Şeytan çarxı” (“Wonder Wheel”) adlanır.
Rejissoru Vudi Allen olan filmdə Keyt və Castin sevgili obrazında olacaqlar. Belə ki, filmdə Xampti adlı kişi ilə evli olan Cinni (Keyt Uinslet) gənc xilasedici Mikki Rubinə (Castin Timberleyk) aşiq olur.
“Şeytan çarxı”nın oktyabrın 14-də Nyu-Yorkda təqdim olunacağı bildirilir.
