“Ebola” virusundan ölənlərin sayı artmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü son yaydığı açıqlamada, ölümcül virusa yoluxaraq ölənlərin sayının 9 177 nəfər olduğu bildirilib.
Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 22 894 insan təşkil edib.
Statistikaya üç Qərbi Afrika ölkəsi – Qvineya, Liberiya və Syerra Leone daxildir. Təşkilat xüsusən də Qvineyada Ebola epidemiyasına yoluxanların sayının ikiqat artdığını bildirib.
Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
