|
Ermənilər Cəbrayılda kilsə açdılar

Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunu mərkəzində kilsə açdılar.

İş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin hərbçiləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.

Bundan başqa, Qarabağ ordusu komandanını müavini, general-mayor Vardan Balayan v “Yerkrapa” hərbi birliyinin üzvləri qatılıb.