|
Millimiz İrlandiyaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununa çıxacaq.


Qol.az-ın məlumatına görə, Təbriz Həsənovun komandası İrlandiya yığması ilə qarşılaşacaq. Meydan sahibləri ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, 7-ci seçmə qrupda İrlandiyadan əlavə, oktyabrın 7-də Serbiya, oktyabrın 10-da Kipr milliləri ilə qarşılaşacaq.

4 oktyabr

18:00. Azərbaycan – İrlandiya
Uoterford. Regional İdman Mərkəzi
Hakimlər:Alain Durieux, Klaude Reis (hər ikisi Lüksemburq), Teodoros Georgiou, Ferenk Karako (hər ikisi Macarıstan