|
Qubada qarın yağması dayanmır...

Quabada qarlı hava şəraiti davam edir. Bu barədə cia.az-a Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur.

“Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.

 

Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:

“Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.