|
Ucarda avtomobil dərəyə aşdı

Ucar rayonunda yol qəzası olub.

Buhaqda Fövqəladə Hallar Nazirliyindən (FHN) cia.az-a verilən məlumatda bildirilib.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.

Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.