“Show TV”də yeni serial başlayır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Çuxur” adlanan ekran işində baş rolda aktyor Mustafa Üstündağ oynayacaq.
Qəhrəman obrazını canlandıracaq Mustafadan başqa serialda Aras Bulut İynemli, Dilan Çiçek Deniz, Erkan Kolçak Köstendil, Öner Erkan, Rıza Kocaoğlu, Nebil Sayın, Kubilay Aka, Ercan Kesal və Perihan Savaş də yer alıb.
Layihənin rejissoru Sinan Öztürk, ssenarisi isə Gökhan Horzumdur.
Qeyd edək ki, M.Üstündağ hazırda "İstanbullu gelin"də Akif obrazını canlandırır.
