|
400 nəfər “donuz qripi”nin qurbanı olub

Hindistanda ilin əvvəlindən azı 407 nəfər “donuz qripi” virusundan (H1N1) ölüb.

CİA.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Hindistanın səhiyyə nazirliyi bəyan edib.

Virusa yoluxanların sayı isə 5 507-yə çatıb. Ən çox xəstələnənlər paytaxt Dehli və ölkənin qərbindəki Qucarat ştatının sakinləridir. Turistlər arasında populyar olan Qoa və Kerala ştatlarında da bir neçə yoluxma halı qeydə alınıb.