|
Aİ-Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi oktyabrın sonunda keçiriləcək

Aİ-Azərbaycan strateji tərəfdaşlığı haqqında yeni saziş üzrə danışıqların növbəti mərhələsi oktyabr ayının sonunda keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev deyib.

XİN rəhbərinin müavininin sözlərinə görə, bu görüş zamanı siyasi təhlükəsizlik məsələləri də müzakirə olunacaq.