|
Qızıl oğrusu noutbuk oğurladı, saxlanıldı...

Bərdədə evləri qarət edən şəxs saxlanılıb.

Trend-ə DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərdən birindən noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samir Mustafayev tutulub.

Məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 29-da daha 1 evdən 6000 manat və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Cia.az