|
Nazir: Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır

Azərbaycan və Ukrayna arasında münasibətlər strateji xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Bizim siyasi mövqeyimiz beynəlxalq arenada da üst-üstə düşür".

Azərbaycan XİN rəhbəri əlavə edib ki, gələn il hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Cia.az