|
Beyons əri ilə romantik şam yeməyinə belə getdi - fotolar

Tez-tez aralarında problem olduğu deyilən müğənni Beyonsla əri, reper Cey Zi romantik şam ediblər.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ailələrinə başı qarışan cütlüyün ikili vaxt keçirməsi haqda Beyons İnstaqram hesabında paylaşdığı fotolarla məlumat verib.

36 yaşlı ifaçı 47 yaşlı əri ilə yeməyə sinə dekolteli libasla gedib. Beyonsun makiyajdan istifadə etməməyi diqqətdən yayınmayıb.
 
Qeyd edək ki, Beyons iyunda Rumi və Sera adlı əkiz uşaq dünyaya gətirib. Cütlüyün həmçinin 5 yaşlı Blu Ayvi adlı qızı var.