|
Məşhurlardan Los-Ancelesdəki faciə ilə bağlı paylaşımlar

ABŞ-ın Las-Veqas şəhərində konsert zamanı terror hadisəsi baş verib.
İnsident nəticəsində 58 nəfər ölüb, 500 nəfər yaralanıb. 
Faciəyə dünya ulduzları biganə qalmayıblar. Onlar sosial media hesabında hadisə ilə bağlı fikirlərini bölüşüblər:

Selin Dion: “Hadisə nəticəsində ölənlərin ruhuna dua edirik”.



Meray Keri: “Las-Veqasdakı atışma barəsində eşitmək dəhşətdir. Fikrim ölənlərin ailələrinin yanındadır. Hər kəsin sağ qalması üçün dua edirəm”.

Kelli Klarokson: “Həmin gecə Las-Veqasda olanlar üçün qəlbim parçalanır. Nə qədər itki var. Dəhşətdir”.



Sara Cesika Parker: “Faciə nəticəsində xəsarət alan hərə tez sağalmağı arzulayıram, 
ölənlərə baş sağlığı verirrəm. Bu qədər ölü sayı olduğu üçün kədərlənirəm”. 



Paris Hilton: “Los-Ancelesdə baş verənlərə inanmıram. Dünya hara gedir belə?! Ölənlərin ailələrinə baş sağlığı verirəm”.



Sia: “Xahiş edirəm, Los-Ancelesdə kimsə varsa, təhlükəsiz yerdə dayanın. Ola bilsin, yenə atışma oldu. Gizlənin”.