Cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrabın Amerikada həbsindən sonra konsertlərini artıran müğənni Ebru Gündeş restoranlardan birində görüntülənib.
Gecədə iki dəfə libas dəyişən ifaçı öz repertuarından başqa Sezen Aksunun mahnılarına da müraciət edib.
Ebru “Səni canlı-canlı eşitmək üçün çox darıxdım” deyərək Sezen Aksuya səslənib. O, Aksunun “Geri dön” mahnısını ifa edərək sənətçiyə səslənib.
Qeyd edək ki, S.Aksu ötən ildən səhnə ilə vidalaşdığını bildirib və bir daha geri dönməyib.

